Britaniyanın hərbi təlimatçıları Ukraynaya gedə bilər

Dünya

19.12.2024 09:43

Böyük Britaniya Ukrayna əsgərlərinin təlimində iştirak etmək üçün öz hərbi təlimatçılarını Ukraynaya göndərə bilər. 

TodayPress xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Con Healey "Times" qəzetinə müsahibəsində bildirib. 

O, Ukrayna qoşunlarının Britaniya hərbi təlimlərinə çıxışını asanlaşdırmaq və daha çox yeni çağırışçıları motivasiya və səfərbər etmək üçün onlarla işləmək lazım olduğunu bildirib. 

Qeyd olunub ki, London Kiyevi maliyyələşdirməyə davam etmək, Ukraynaya yeni silahlar vermək və onun hərbi-sənaye kompleksini dəstəkləmək niyyətindədir.  Healy həmçinin qeyd edib ki, Rusiyaya təzyiqlər xeyli artırılmalıdır.

Müdafiə Nazirliyinin rəhbəri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Ukraynada münaqişənin tez bir zamanda dayandırıla biləcəyinə şübhə etdiyini də bildirib. 

 Günəş Mərd

tag: Britaniya,ABŞ,Ukrayna,Tramp,Todaypress.az,