Britaniyanın ən böyük bankı Rusiyadan ödənişləri qəbul etməyi dayandırdı
Dünya
23.11.2024 00:17
Rusiyanın, aktivlərinə görə ən böyük Britaniya bankı
HSBC Rusiya və Belarusdan ödənişləri qəbul etməyi dayandırır.
TodayPress "Reuters"-ə istinadən xəbər verir ki, bank müştərilərə bildiriş göndərib və
iki ölkədən olan fərdi müştərilərə bütün daxil olan əməliyyatlara qadağa
qoyulacağı barədə xəbərdarlıq edib.
Ötən ilin yayından HSBC artıq Asiya ilə əməliyyatlar
üçün bankın Honkonq filialından istifadə edən Rusiya şirkətləri üçün ödənişlərə
xidməti dayandırıb. Məhdudiyyətlər Rusiyaya sanksiya tətbiq edilmiş malların
tədarükünü dayandırmağı tələb edən Amerika rəsmilərinin Honkonqa səfərindən sonra
tətbiq edilib.
HSBC ödənişlərə yeni qadağanın səbəbləri barədə
məlumat verməyib. Lakin qərar ABŞ-nin Rusiyaya qarşı maliyyə sanksiyalarını
sərtləşdirməsindən və dövlət Qazprombank da daxil olmaqla 50 Rusiya bankını
“qara siyahı”ya daxil etməsindən bir gün sonra qəbul edilib.
Sanksiyalarla bağlı açıqlamada ABŞ Maliyyə Nazirliyi
həmçinin dünya üzrə kredit təşkilatlarını Rusiyanın “SWIFT analoqu” olan Rusiya
Mərkəzi Bankının Maliyyə Mesajları Ötürmə Sistemi (SPFS) ilə əməkdaşlığa görə
mümkün cavab tədbirləri barədə xəbərdar edib. 2024-cü ilin yayından sistem
Avropa sanksiyaları altındadır. ABŞ Maliyyə Nazirliyi vurğulayıb ki, 20 ölkənin
banklarının qoşulduğu sistem sanksiya məhdudiyyətlərindən yan keçmək üçün
istifadə olunur.
Müharibəyə qədər Rusiyada törəmə bank biznesinə malik
olan HSBC-nin Amerika hakimiyyəti ilə uzun münaqişə tarixi var: əvvəllər bank
Meksika törəməsi vasitəsilə pulların yuyulmasında ittiham edilərək 2 milyard
dollar cərimələnib.
2022-ci ilin mayında HSBC Rusiya biznesini
bağlayacağını elan edib. İki il sonra bank Rusiyadakı törəməsini Ekspobanka
satıb.
tag: Honkonq, Rusiya, HSBC, Belarus, todaypress.az,