Britaniyanın baş naziri Rusiya ilə sərhədə gəldi
Dünya
17.12.2024 12:17
Böyük Britaniyanın baş naziri Key Starmer Rusiya ilə sərhəddə xidmət edən ingilis əsgərlərinə baş çəkib.
TodayPress xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Britaniya hökumətinin başçısı Estoniyada keçirilən Birgə Ekspedisiya Qüvvələrinin (JEF) konfransında da çıxış edib və burada digər Baltikyanı ölkələrin rəhbərləri ilə görüşüb. O, çıxışı zamanı Ukraynaya dəstəkdən danışıb və bildirib ki, Kiyevin daha çox maliyyəyə ehtiyacı olacaq.
“Ukraynanın bütün mövcud imkanlara ehtiyacı var. Ona görə də hesab edirəm ki, biz hamımız Ukraynaya avadanlıq şəklində daha çox imkanlar yatırmalıyıq. Çoxlu pul yığılıb, maliyyə təmin edilib, lakin daha çox şeyə ehtiyac olacaq” deyə Starmer bildirib.
Baş nazir Ukraynaya gələcək dəstəyin iqtisadi əsaslandırılmasının zəruriliyini də müzakirə edib. Onun sözlərinə görə, avropalılar Rusiya uğur qazanacağı təqdirdə nələrin baş verəcəyini və Ukraynanı dəstəkləməyin nə üçün vacib olduğunu izah etməli, həmçinin NATO-nun güclü mövqe tutmasını təmin etməlidir.
Töhfə Səməd
tag: ukrayna, Rusiya, NATO, Mövqe ,todaypress.az,