Britaniyanın Baş naziri istefa verdi

Dünya

05.07.2024 12:37

Britaniyanın Baş naziri Rişi Sunak istefa verib.

TodayPress xarici mediaya istinadən xəbər verir ki, Rişi Sunak istefa ilə bağlı müraciətini Kral III Çarlza təqdim edib.

Xatırladaq ki, o, son 200 ildə ölkənin ən gənc hökumət başçısı olub. Sərvəti Britaniya kralının sərvətini üstələyən sabiq baş nazir iki ildən az müddətə bu vəzifədə çalışıb.

Töhfə Səməd

tag: Britaniya, Baş Nazir, Rişi Sunak, İstefa,Sərvət, todaypress.az,