Britaniyanın Baş naziri: “G7 ölkələri Rusiyaya təzyiqi artırmalıdır”
“G7 ölkələri Rusiyaya maksimum təzyiq göstərməlidir”.
TodayPress “Paragraph” nəşrinə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Keir Starmer G7 nümayəndələri ilə videokonfransdan sonra deyib.
"Ukraynaya hərbi dəstək gücləndirilməlidir. Bu, Rusiyaya qarşı iqtisadi təzyiqlər, o cümlədən sanksiyalar vasitəsilə artırılmalıdır" deyə o qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Starmer bildirmişdi ki, Böyük Britaniyanın atdığı addımlar Ukraynanın sülh danışıqlarında iştirakına şərait yaratmaq məqsədi daşıyır.
Günəş Mərd
tag: Rusiya, İqtisadi, Ukrayna ,Təzyiq, todaypress.az,