Britaniyalılar diktatura şəraitində yaşamaq istəyirlər - SORĞU
Dünya
27.01.2025 11:05
Gənc nəslin (Z nəsli) yarıdan çoxu Böyük Britaniyanın bir diktator tərəfindən idarə olunmasının tərəfdarıdır.
TodayPress xəbər verir ki, bu barədə “Kanal 4” telekanalının keçirdiyi ictimai rəy sorğusuna istinadən “Daily Mail” məlumat yayıb.
Sorğuda iştirak edən Z nəslinin 52 faizi “Ölkənin parlament və seçkilərdən narahat olmayan güclü lideri olsaydı, Böyük Britaniya daha yaxşı yer olardı" deyib.
Qeyd edək ki, respondentlərin 33 faizi Böyük Britaniyada ordunun hakimiyyətdə olmasını istəyir. Gənc nəslin 47 faizi isə İngiltərə cəmiyyətinin bütün təşkilatı inqilab yolu ilə kökündən dəyişdirməli olduğu fikri ilə razılaşıb.
Töhfə Səməd
tag: Z nəsli,Böyük Britaniya,Sistem,Demokratiya,todaypress.az,