Britaniyalı deputatların Rusiyaya girişi qadağan edildi
Londonun anti-Rusiya kursu ilə əlaqədar Moskva 21 britaniyalı parlamentarinin Rusiyaya girişini dayandırıb. Onların adları müvafiq siyahıya əlavə edilib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Londonun Moskvanın beynəlxalq səhnəyə təsirini azaltmaq üçün fəal şəkildə anti-Rusiya nağılları uydurmasına və Kiyevə silahların verilməsini daha da intensivləşdirməsinə cavab olaraq, Böyük Britaniya parlamentinin bir sıra üzvlərinin Rusiyanın “stop siyahısı”na daxil edilməsi barədə qərar qəbul edilib. Siyahının genişləndirilməsi üzrə işlər davam etdiriləcək” diplomatik departamentdən bildirilib.
Xarici İşlər Nazirliyi qeyd edib ki, rusofobiya və Rusiya dövlətçiliyini məhv etmək niyyəti Böyük Britaniyanın xarici siyasətinin ayrılmaz elementləri olaraq qalır.
Töhfə Səməd
tag: Britaniya,Diplomat,Rusiya,Qadağa,Todaypress.az,