Britaniyadan Ukraynaya yeni yardım: 650 “Martlet” raketi
Dünya
09.09.2024 14:43
Böyük Britaniya Müdafiə Nazirliyi yeni müdafiə paketi çərçivəsində Ukraynaya ümumilikdə 650 ədəd Yüngül Çoxməqsədli Raket (LMM) tədarük edəcəyini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin verdiyi bəyanatda bildirilib.
Yeni yardım paketinin ümumi dəyərinin 162 milyon funt-sterlinq olduğu qeyd olunub. 650 “Martlet” raketinin 2024-cü ilin sonuna qədər təhvil verilməsi planlaşdırılır.
Ukraynaya təhvil veriləcək “Martlet” raketlərinin Belfastdakı “Thales Group” fabrikində istehsal ediləcəyi və gələcək istehsalın da həmin müəssisədə həyata keçiriləcəyi açıqlanıb.
tag: Ukrayna,Yardım,Britaniya,Yüngül Çoxməqsədli Raket,MN,Martlet,Raket,todaypress.az,