Britaniyadan Rusiyaya qarşı yeni sanksiyalar

Dünya

25.11.2024 17:46

Böyük Britaniya Rusiya sığortaçılarına qarşı sanksiyalar tətbiq edib.

TodayPress xəbər verir ki, bu barədə  Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.  

İki sığorta şirkətinin - “Alfa Strakhovanie” və “VSK”nın sanksiya siyahısına daxil edildiyi açıqlanıb. Onların Rusiya hökuməti üçün strateji əhəmiyyət kəsb edən sektorda bizneslə məşğul olduğu və Rusiya hökumətinə dəstək verməklə fayda əldə etdikləri qeyd olunub. 

Sığortaçılarla yanaşı, məhdudiyyətlər neft və ya neft məhsullarının Rusiyadan üçüncü ölkələrə daşınması üçün istifadə edilən 30 tankerə də şamil edilib. 

Günəş Mərd

tag: Rusiya, Böyük Britaniya,Sanksiyalar, XİN, todaypress.az,