Britaniyadan İrana yeni sanksiyalar
Böyük Britaniya İranın Kosmik Agentliyinə və ölkənin bir neçə generalına qarşı sanksiyalar tətbiq edib.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı general-leytenant Əbdülrəhim Musəvinin, briqada generalı Məhəmməd Hüseyn Dadrasın, İran Hərbi Hava Qüvvələrinin komandanı Həmid Vahidinin, İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat xidmətinin rəhbəri Məhəmməd Kazeminin, kontr-admiral Həbibullah Səyyari və briqada generalı Əli-Məhəmməd Naininin aktivləri dondurulub.
Onların Böyük Britaniyaya girişi də qadağan edilib.
Günəş Mərd
tag: Britaniya ,İran ,Sanksiyalar ,Ali Baş Komandan ,todaypress.az,