Britaniyadan Belarusa növbəti zərbə
Dünya
09.08.2024 16:09
Böyük Britaniya Belarusa qarşı sanksiyalar siyahısını doqquz bənd genişləndirib.
TodayPress xəbər verir ki, bu barədə məlumat Böyük Britaniya hökumətinin rəsmi saytında dərc edilib.
Bəyanatda deyilib ki, Belarusun hərbi-sənaye kompleksinə və respublikanın bəzi cəzaçəkmə koloniyalarının rəhbərlərinə qarşı sanksiyalar tətbiq edilib.
Məhdudlaşdırıcı tədbirlər Elektron Kompüterlər Elmi-Tədqiqat İnstitutuna, “StankoGomel” və “Ruxservomotor” müəssisələrinə də şamil edilib.
Bundan başqa, islah koloniyalarının rəhbərləri Denis Tolstenkov, Andrey Palçik, Filip Şturçanok və Aleksey Lazarenkonun ölkəyə giriş qadağa olunub. Həmçinin aktivlərinin dondurulması (aşkar edildiyi halda) barədə qərar qəbul edilib.
Töhfə Səməd
tag: Belarus,Böyük Britaniya,Bəyanat, Sanksiyalar,StankoGomel,todaypress.az,