Britaniyada yoxsulluqla yaşayan uşaqların sayı rekord həddə çatdı
Böyük Britaniyada
yoxsulluq şəraitində yaşayan uşaqların sayı rekord həddə çatıb.
TodayPress “The
Independent”ə istinadla xəbər verir ki, bu barədə ölkənin Əmək və Pensiyalar
Departamentinin (DWP) dərc etdiyi yeni statistikada bildirilib.
Buna görə,
2024-cü ilin mart ayına qədər olan bir il ərzində 4.45 milyon uşağın nisbətən
az gəlirli ailələrdə yaşadığı təxmin edilir. Bu göstərici 2023-cü ilin
martınadək olan dövrdə qeydə alınmış 4.33 milyon uşaqla müqayisədə artım
deməkdir. Bu, 2002-2003-cü illərdən bəri aparılan müqayisəli statistika üzrə ən
yüksək göstəricidir.
tag: Britaniya,Yoxsulluq, Uşaq, Statistika, todaypress.az,