Britaniyada xəstəxana sıxlığı böhran həddinə çatdı
Britaniyada xəstəxanada çarpayı ayrılmasını gözləyən və 24 saatdan artıq xəstəxana arabasında gözləməyə məcbur qalan pasiyentlərin sayı 71 dəfə artıb.
TodayPress “Sky News”a istinadla xəbər verir ki, Liberal Demokratlar tərəfindən İnformasiya Azadlığı Aktı (FOI) çərçivəsində əldə olunan rəqəmlərə əsasən, keçən il həkimin hospitalizasiya qərarı verməsindən sonra 24 saat və ya daha çox müddət ərzində çarpayı gözləyən pasiyentlərin sayı 49 min nəfərə çatıb.
Müqayisə üçün qeyd edək ki, pandemiyadan əvvəl, 2019-cu ildə bu göstərici cəmi 689 nəfər idi.
Bu 49 min nəfərin təxminən 70 faizini pensiya yaşlı şəxslər təşkil edir. Ən ekstremal hallarda isə bəzi pasiyentlərə çarpayı ayrılması üçün 10 günədək gözləmək lazım gəlib.
Sorğu göndərilən 141 NHS (Milli Səhiyyə Xidməti) təşkilatından yalnız 54-ü tam cavab verib.
Liberal Demokratlar bildirirlər ki, bu, real rəqəmlərin daha da yüksək ola biləcəyini göstərir.
tag: Britaniya,Xəstəxana,Sıxlıq,Böhran,Todaypress.az,