Britaniyada xərçəng xəstələrinə yardım imkanları məhdudlaşdı
Britaniyada yeni xərçəng dərmanlarının idxal xərcləri dörd dəfə artıb, klinik sınaqlarda isə daşınma xərcləri on dəfəyə qədər yüksəlib.
TodayPress xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Hesabata görə, əhalinin artması, diaqnostik texnologiyaların təkmilləşməsi və maarifləndirmə nəticəsində xərçəng diaqnozu qoyulan insanların sayı artmaqdadır.
Bu isə yeni müalicə üsulları və dərmanlar üzrə beynəlxalq əməkdaşlığın əhəmiyyətini daha da artırır.
Lakin Böyük Britaniya Avropa İttifaqını tərk etdikdən beş il sonra aparılmış ətraflı təhlil göstərib ki, ölkənin xərçəng xəstələri bu sahədə geri qalır.
Digər Avropa ölkələrinin pasiyentləri yeni müalicə metodları və qabaqcıl elmi araşdırmalardan faydalanarkən, Britaniya xəstələri yüksək xərclər və “Brexit” sonrası yaranmış bürokratik maneələr səbəbi ilə bu imkanlardan yararlana bilmirlər.
tag: Britaniya,Xərçəng,Dərman,Baha,Todaypress.az,