Britaniyada qloballaşma dövrü başa çatdı

Dünya

20.04.2025 10:00

5

Böyük Britaniyanın Lordlar Palatasının üzvü Robert Skidelski hesab edir ki, sanksiyalar siyasəti və ABŞ-yə idxala tariflərin tətbiqi qlobalizmdə yeri olmayan yeni iqtisadi düşüncədən xəbər verir.

TodayPress xəbər verir ki, o, bu barədə "YouTube"da danışıb.

Onun sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər dünyanı üç yerə böldüyündən qloballaşmanın dağılmasını sürətləndirib: sanksiyalar tətbiq edənlər, onların qəbul olunduğu ölkələr və onların arasında qalan ölkələr.

Ekspertin fikrincə, bu hadisəni ABŞ-nin rəhbərlik etdiyi NATO, SSRİ-nin rəhbərlik etdiyi Varşava Müqaviləsi, Çin və Hindistanla Qoşulmama Hərəkatının mövcud olduğu Soyuq Müharibə dövrü ilə müqayisə etmək olar.

Skidelski qlobalizm dövrünün başa çatdığı qənaətinə gəlib.

Töhfə Səməd 

tag: Böyük Britaniya,Qlobalizm,ABŞ,NATO,todaypress.az,