Britaniyada "meymunçiçəyi" virusunun yeni variantına rast gəlindi
Dünya
30.10.2024 21:48
Britaniyanın London şəhərində bir nəfər "meymunçiçəyi" (mpox) virusunun yeni variantına yoluxub.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki,
həmin vətəndaş Afrikada səyahətdə olarkən virusa yoluxub. Virus həmin sakin
Londona qayıtdıqdan sonra onda aşkarlanıb və o, xüsusi təchiz olunmuş
xəstəxanaya göndərilib.
Agentlik əlavə
edib ki, virusa yoluxma halı azdır və vətəndaşların narahat olmasına səbəb
yoxdur.
Qeyd edək ki, "meymunçiçəyi" virusunun yeni variantı ilk dəfə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bu ilin avqust ayında Konqo Demokratik Respublikasında aşkar olunub.
ÜST-nin son məlumatına görə, bu il Afrikada 44,000-dən çox təsdiqlənmiş və ya şübhəli yoluxma hadisəsi aşkarlanıb.
tag: Afrika, Meymunçiçəyi, Virus,Mpox, Britaniya, London, todaypress.az,