Britaniyada ilk dəfə qaradərili siyasətçi partiyaya rəhbərlik edəcək

Dünya

02.11.2024 17:50

864

Böyük Britaniyanın keçmiş biznes və ticarət naziri Kemi Badenok Mühafizəkarlar Partiyasının yeni lideri seçilib.

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edək ki, postu uğrunda iki namizəd Kemi Badenok və keçmiş miqrasiya naziri Robert Cenrik mübarizə aparıb. 

Son turda səsvermə təkcə İcmalar Palatasının üzvləri yox, bütün partiya üzvləri üçün açıq olub. Nəticələrə əsasən, Badenok səs çoxluğunu toplayaraq qalib gəlib.

Böyük Britaniyanın Baş naziri Kir Starmer Badenoku Britaniya parlamentində partiyaya rəhbərlik edən ilk qaradərili siyasətçi olması münasibətilə təbrik edib. O bildirib ki, bu, ölkə üçün olduqca qürurverici məqamdır.

tag: Böyük Britaniya,Kemi Badenok ,Robert Cenrik, Kir Starmer, Baş Nazir, todaypress.az,