Britaniyada həkimlər maaşların artırılmasını tələb etdilər

Dünya

27.06.2024 13:05

Böyük Britaniyada seçkilərə bir həftə qalmış interna-həkimlər maaşlarının artırılması tələbi ilə beş günlük tətilə başlayıb.

TodayPress xəbər verir ki, tətil Britaniya Tibb Assosiasiyasının həmkarlar ittifaqı tərəfindən təşkil olunub. İyunun 27-dən iyulun 2-dək davam edəcək tətildə ümumilikdə 25 min nəfərin iştirak edəcəyi gözlənilir.

Britaniya Milli Səhiyyə Xidmətinin məlumatına görə, 2023-cü ilin avqustunda İngiltərədə tibbi yardım gözləyənlərin sayı 7,75 milyon nəfərə çatıb ki, bu da 2007-ci ildən bəri ən yüksək göstəricidir.

tag: Britaniya, Həkimlər, Maaşlar, Səhiyyə, todaypress.az,