Britaniyada həbsxana əməkdaşları elektroşok silahları tələb edir

Dünya

21.04.2025 14:24

5

Böyük Britaniyada həbsxana əməkdaşları təhlükəli məhkumlara qarşı özlərini qorumaq üçün elektroşok silahlarının - taserlərin dərhal istifadəyə verilməsini tələb edirlər. 

TodayPress BBC-yə istinadla xəbər verir ki, bu tələb, Mançester Arenasında törədilmiş terror aktının təşkilatçılarından biri olan Haşim Abedinin Durham qraflığında yerləşən Frankland həbsxanasında nəzarətçilərə isti yağ ataraq və özünə düzəltdiyi kəsici alətlərlə onları yaralamasından sonra irəli sürülüb. 

Həbsxana İşçiləri Assosiasiyasının (POA) milli rəhbəri Mark Fairhurst bildirib ki, onlar taktiki məqsədlə elektroşok silahlarının istifadəsini tələb edirlər:

“Ən böyük narahatlığım odur ki, həyatımıza real təhlükə yarandığı hallarda artıq taktiki seçimlərimiz qalmır. Dəyənəklər və gözyaşardıcı sprey kifayət etmədikdə, əlimizdə başqa vasitə olmur”.

tag: Britaniya,Həbsxana,Əməkdaş,Elektroşok,Todaypress.az,