Britaniyada “exit-poll”un nəticələri açıqlandı
Dünya
05.07.2024 08:55
Britaniyada parlament seçkilərində səs vermə başa çatıb və
“exit-poll”un nəticələri açıqlanıb.
TodayPress xəbər verir ki, keçirilən “exit-poll”a görə
Leyboristlər partiyası parlamentdə böyük bir üstünlük qazanıblar. Keir
Starmerin rəhbərlik etdiyi partiya 650 nəfərlik parlamentdə 410 yer, Mühafizəkarlar
Partiyası 131 yer, Liberal Demokratlar 61 yer, Reform partiyası 13 yer, SNP
partiyası isə 10 yer qazanıb. Digər kiçik partiyalar isə parlamentdə qalan yerlərə
yiyələniblər.
Qeyd edək ki, Britaniyada Mühafizəkarlar Partiyası son 14
ildir ki, hakimiyyətdə idi. Parlamentdə üstünlük qazanmaq istəyən partiyaya ən
azı 326 yer lazımdır.
Seçkilərin nəticələrinin əksəriyyəti Britaniya saatı ilə
iyulun 5-də saat 6-ya qədər elan ediləcək.
“Exit-poll” “Ipsos UK” şirkəti tərəfindən “Sky News”, BBC və “ITV News” kanalları üçün keçirilib.
tag: todaypress.az, Böyük Britaniya, Exit Poll, Patiya, Seçki,