Britaniyada etirazçılar məscidlərə hücum etdilər

Dünya

08.08.2024 10:27

Böyük Britaniyada 3 azyaşlı qızın bıçaqlanaraq öldürülməsindən sonra ifrat sağçılarla irqçiliyə qarşı qüvvələr arasında toqquşma baş verib.

TodayPress xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.

Sosial mediada hadisəni “müsəlman bir mühacirin” törətdiyini iddia edən məlumatlar yayılandan sonra, ifrat sağçılar nümayişlərə başlayıb, məscidlərə və immiqrantların yaşadığı otellərə hücum ediblər.

Onlarla yanaşı, irqçiliyə qarşı olanlar da küçələrə çıxıblar.

İrqçilik əleyhinə keçirilən etiraz aksiyalarında "Faşizmi və irqçiliyi darmadağın et", "Qaçqınlar xoş gəlmisiniz, ifrat sağçıları dayandırın" və "Nifrət yox, sevgi" kimi sözlər yazılmış plakatlar qaldırılıb. 

Etiraz aksiyalarından sonra 100-dən çox iğtişaşçıya qarşı ittiham irəli sürülüb. Nəticədə üç nəfər həbs edilib.

Töhfə Səməd

tag: Böyük Britaniya, Faşizm,Qaçqınlar, Aksiya, Məscid, todaypress.az,