Britaniyada bir neçə hava limanının fəaliyyəti dayandırıldı

Dünya

05.01.2025 15:20

Böyük Britaniyada bir neçə hava limanı güclü qar və yağış səbəbindən fəaliyyətini dayandırıb.

TodayPress xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. 

Kanalın məlumatına görə, Mançester, Liverpul, Birmingem və Bristol hava limanları hazırda təyyarələrin qəbulunu və buraxılışını dayandırıb. 

Artıq aeroport xidməti sərnişinlərə məhdudiyyətlərin tətbiqi ilə bağlı xəbərdarlıq edib.

Hazırda uçuş-enmə zolaqlarının qaydaya salınması istiqamətində işlər aparılır. 

Qeyd edək ki, növbəti günlərdə Böyük Britaniyada havanın temperaturunun -10°C-yə enəcəyi və 30 santimetrdən çox qar yağacağı gözlənilir.

Günəş Mərd 

tag: Todaypress.az,