Britaniyada bıçaqlı hücumda 2 uşaq öldü, 9 nəfər yaralandı
Dünya
30.07.2024 06:00
İngiltərənin şimal-qərbində
yerləşən Sautport şəhərində baş verən bıçaqlı hücum nəticəsində iki uşaq ölüb,
altı nəfər ağır yaralanıb.
TodayPress xəbər
verir ki, hadisə Teylor Svift temalı uşaq tədbiri zamanı baş verib. Hadisə nəticəsində
doqquz uşaq yaralanıb, onlardan altısının vəziyyəti ağırdır. Məlumata görə, yaralıların
hamısı bıçaq xəsarətləri alıb.
Bıçaqlı hücumu təşkil etməkdə
şübhəli bilinən 17 yaşlı şəxs saxlanılıb. Onun adı açıqlanmayıb.
Polis hücumu terrorla əlaqələndirməyib.
Lakin hücumçunun motivləri hələ aydın deyil.
Böyük Britaniyanın Baş naziri
Keir Starmer bu xəbərin bütün ölkəni dərindən sarsıtdığını deyib. O, polis əməkdaşlarına
və tibb işçilərinə cəld reaksiyalarına görə təşəkkür edib və hücum
qurbanlarının ailələrinə başsağlığı verib.
Nəzrin Cavadzadə
tag: Britaniya, Hücum, Teylor Svift, Bıçaq, todaypress.az,