Britaniyada 40 min məhbus azadlığa buraxılacaq
Dünya
08.07.2024 10:47
Böyük Britaniyanın yeni baş naziri Keir Starmer həbsxanalardakı həddindən çox sıxlıq səbəbilə 40 min məhbusu azad etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Amnistiyanın növbəti həftələrdə baş tutacağı bildirilib. Cinsi zorakılıq, zorakılıq və ya terrorla əlaqəli olmayan cinayətlərdə təqsirli bilinən, habelə cəzasının bir hissəsini çəkmiş məhbuslar azadlığa buraxıla biləcəklər.
Qeyd edək ki, Böyük Britaniyanın Leyboristlər Partiyası son 14 ildə ilk dəfə parlament seçkilərində qalib gəlib.
Töhfə Səməd
tag: Böyük Britaniya, Cinsi Zorakılıq, Məhbus, Azadlıq, Terror, todaypress.az,