Britaniya yeni raketlər yaradır

Dünya

26.07.2024 09:25

1103

Britaniya hakimiyyəti Rusiyanın nüvə silahlarına qarşı uzaqmənzilli silahların yaradılmasını müzakirə edir.

TodayPress xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb. 

Nəşrin yazdığına görə, Britaniya Rusiyadan atılan nüvə silahlarını məhv edə bilən uzaqmənzilli raketlərin yaradılması imkanını nəzərdən keçirir.

Yeni uzaqmənzilli raketlər ən azı 3,2 min kilometr məsafədə hədəfi vura biləcək.

Layihə Britaniya və Almaniyanın birgə proyekti olacaq.

Günəş Mərd

tag: Britaniya, Rusiya, Hakimiyyət, Raketlər, Almaniya, todaypress.az,