Britaniya XİN: “Ukrayna NATO yolundan dönməyəcək”

Dünya

26.08.2024 10:44

“Ukrayna NATO-ya üzv olmaq yolundan dönməyəcək”. 

TodayPress “Daily Mail”yə istinadən xəbər verir ki, bunu Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Devid Lammi deyib.  

“Biz Ukraynanın Şimali Atlantika Alyansına doğru dönməz yolunu dəstəkləyəcəyik. Ukrayna Avropanın təhlükəsizlik arxitekturasında layiqli yer tutur” deyə o bildirib.

Lammi xatırladıb ki, London Ukraynanın ən böyük hərbi yardım təchizatçılarından biridir. 

Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri ölkəsinin ukraynalı hərbçilərə təlim keçdiyini də vurğulayıb. 

Günəş Mərd

tag: Britaniya, XİN,London, Ukrayna, Yardım, todaypress.az,