Britaniya XİN Rusiyaya çağırış etdi

Dünya

26.03.2025 12:32

767

Böyük Britaniya Xarici İşlər Nazirliyi Rusiyanı Ukrayna ilə qeyd-şərtsiz atəşkəsə dərhal razılaşmağa çağırıb. 

TodayPress xəbər verir ki, bu barədə bəyanat Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında dərc olunub. 

Bildirilib ki, Britaniya Ər-Riyadda danışıqların yekunlaşmasından sonra ABŞ və Ukrayna ilə sıx təmasda olub. 

“Ukrayna prezidenti Volodimir Zelenski tam, dərhal və qeyd-şərtsiz atəşkəs təklif etməklə artıq Ukraynanın sülh tərəfi olduğunu nümayiş etdirib. Ümid edirik ki, Rusiya prezidenti Vladimir Putin gecikmədən bununla razılaşacaq” deyə bəyanatda qeyd edilib. 

Həmçinin departament Vaşinqtona göstərdiyi səylərə görə təşəkkür edib və davamlı sülhə nail olmaq üçün beynəlxalq tərəfdaşlarla sıx işləməyə davam etdiyini vurğulayıb. 

Aysel Mətləb

tag: Britaniya,XİN,Rusiya,ÇAğırış,Sülh,Todaypress.az,