Britaniya Ukraynaya qoşun göndərməyəcək

Dünya

26.11.2024 14:42

Böyük Britaniya hakimiyyəti Ukraynada xüsusi əməliyyatda iştirak etmək üçün qoşun göndərməyəcək.

TodayPress “Ekspress”ə istinadən xəbər verir ki , bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi deyib.

Nazirin sözlərinə görə, ölkə çoxdan belə bir mövqedədir.

Lammi əlavə edib ki, Britaniya tərəfi Ukrayna Silahlı Qüvvələrinə hərbçilərin təlimi vasitəsilə dəstəyini davam etdirəcək.

Günəş Mərd

tag: Böyük Britaniya, Ukrayna, Əməliyyat, Devid Lammi, XİN, todaypress.az,