Britaniya Ukraynaya kömək edəcək

Dünya

24.08.2024 14:10

Böyük Britaniya Ukraynanın yanında olmağa davam edəcək.

TodayPress xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş Nazirlik ofisinin rəsmi "X" sosial şəbəkəsində yazılıb.

"Bu gün Ukraynanın müstəqilliyini elan etməsindən 33 il ötür. Böyük Britaniyanın Ukraynaya dəstəyi sarsılmayıb və sarsılmayacaq. Biz sizinləyik, ədalətli və dayanıqlı sülhə qədər sizinlə birlikdə olmağa davam edəcəyik" məlumatda qeyd olunub.

tag: Böyük Britaniya,Ukrayna,Dəstək,Müstəqillik Günü,