Britaniya Ukraynaya hərbi yardımı davam etdirəcək

Dünya

25.01.2025 10:25

Böyük Britaniya Ukraynaya lazım olduğu müddətcə hərbi dəstək verəcək. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirinin müavini Lyuk Pollard bildirib. 

Onun sözlərinə görə, Britaniya hökuməti Ukraynaya hər maliyyə ilində 3 milyard funt-sterlinq hərbi dəstək vermək niyyətindədir. 

Bundan əlavə, növbəti iki maliyyə ili ərzində hökumət Ukraynaya “G7”nin Fövqəladə Gəlirlərin Sürətləndirilməsi proqramı çərçivəsində 2,26 milyard funt sterlinqlik kredit verəcək. 

Nicat Osman

tag: Ukrayna,Böyük Britaniya,Yardım,Gəlir,Kredit,Todoypress.az,