Britaniya Ukraynaya 8 mindən çox respirator göndərdi
Münaqişənin kəskinləşməsindən bəri Böyük Britaniya Ukrayna hakimiyyətinə 8,5 min respirator təhvil verib.
TodayPress xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə nazirinin müavini Lyuk Pollard məlumat verib.
“2022-ci ildən Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrini 8,5 min respiratorla təmin edib. Müdafiə Nazirliyi Ukraynadakı təhdid mühitinin qiymətləndirilməsini və monitorinqini davam etdirir. Ukraynaya dəstəyi koordinasiya etmək üçün beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik” deyə Pollard bildirib.
Günəş Mərd
tag: Britaniya,Ukrayna,Rusiya,Respirator,Todaypress.az,