Britaniya: Ukraynadakı münaqişə kritik mərhələyə keçdi

Dünya

26.11.2024 13:14

Böyük Britaniyanın müdafiə naziri Con Healey bildirib ki, Ukraynada münaqişə kritik mərhələyə çatıb. 

TodayPress xəbər verir ki, o, bu barədə Almaniya, İtaliya, Polşa və Fransa Müdafiə Nazirliyindən olan həmkarları ilə danışıqlardan sonra bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyət NATO üzvü olan ölkələrdən öz müdafiələrini gücləndirməyi tələb edir. O, əlavə edib ki, Avropa öz təhlükəsizliyini və kollektiv müdafiəsini təmin etmək üçün daha çox iş görməlidir:

“Biz NATO-nun şərq sərhədlərini, hava hücumundan müdafiə sistemlərinin və uzaqmənzilli raketlərin inkişafı sahəsində əməkdaşlığı gücləndiririk. Biz, həmçinin hərbi sənaye kompleksi müəssisələrimizin birgə sənaye proqramlarının intensivləşdirilməsi üzərində də işləyirik”. 

Healey həmçinin qeyd edib ki, qlobal təhlükələr güclənir.

Töhfə Səməd

tag: Britaniya, Ukrayna, NATO, Hava Hücumu,Hərbi, todaypress.az,