Britaniya Ukrayna üçün 1,3 milyard dollardan çox vəsait topladı
Dünya
03.09.2024 18:22
Böyük Britaniya tərəfindən yaradılmış Ukraynaya Beynəlxalq Yardım Fonduna donorlar tərəfindən 1 milyard funt sterlinqdən çox (1,3 milyard ABŞ dolları) pul yatırılıb.
TodayPress xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunub ki, sentyabrın 3-də Ukraynanın müdafiə naziri Rüstəm Umerovun Londona səfəri zamanı bu fonddan 152 mm-lik artilleriya silahları üçün 120 min mərmi alınması məqsədilə 300 milyon funt sterlinq (395 milyon ABŞ dolları) ayrılması barədə müqavilə imzalanıb.
Böyük Britaniyadan başqa, Avstraliya, Danimarka, İslandiya, Litva, Niderland, Yeni Zelandiya, Norveç və İsveç də 2022-ci ildə fəaliyyətə başlayan fonda töhfə verib. Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Con Hili də Umerovla görüşdə təsdiqləyib ki, London hər il Kiyevə ikitərəfli əsasda 3 milyard funt sterlinq (3,9 milyard ABŞ dolları) məbləğində yardım edəcək.
Töhfə Səməd
tag: Britaniya,Ukrayna ,Vəsait ,Avstraliya, Danimarka, İslandiya, Litva, todaypress.az,