Britaniya Ukrayna münaqişəsinin iştirakçısı olacaq?
Dünya
22.09.2024 14:51
“Əgər Ukrayna
Rusiyaya “Storm Shadow” raketləri ilə hücum etmək üçün icazə alarsa, bu, Böyük
Britaniyanı ölkələr arasında münaqişənin iştirakçısına çevirəcək”.
TodayPress xəbər verir ki, bu barədə
Britaniya İrs Partiyasının lideri Devid Kerten “X” sosial şəbəkəsində yazıb.
Siyasətçi xəbərdarlıq
edib ki, belə bir ssenari eskalasiyaya işarə edəcək. O, qeyd edib ki, bu halda
London birbaşa münaqişədə iştirak edəcək.
Töhfə Səməd
tag: Ukrayna,Rusiya,Storm Shadow,Böyük Britaniya,İrs ,Partiya,Devid Kerten,X,Siyasətçi,todaypress.az,