Britaniya Trampın Ukrayna münaqişəsini həll etməsinə qarşıdır

Dünya

22.01.2025 19:20

Böyük Britaniya zabitləri ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin tez bir zamanda həll ediləcəyi vədinə qarşı çıxırlar.   

TodayPress xəbər ki, bu barədə “The Times” qəzeti yazıb.      

Qeyd olunub ki, Britaniya zabitləri bu qərara səbəb kimi Rusiyanın hərbi gücünün artması ehtimalını göstərirlər.    

Müdafiə Nazirliyinin yüksək səviyyəli rəsmiləri hesab edir ki, Tramp sülh sazişini başa vurduqdan sonra Rusiya ilə Qərb arasında öz ordularını növbəti münaqişəyə hazırlamaq üçün yarış başlayacaq. 

Digər məsələlərlə yanaşı, “The Times” iddia edir ki, NATO müttəfiqləri Kiyevin danışıqlara başlamaq üçün zəif vəziyyətdə olmasından narahatlıqlarını ifadə edirlər, bu isə onu əlverişsiz vəziyyətə salacaq və ərazilərin itirilməsinə gətirib çıxaracaq.

Günəş Mərd

tag: Böyük Britaniya,ABŞ,Donald Tramp,Ukrayna ,NATO ,todaypress.az,