Britaniya təşkilatlara sanksiya tətbiq etdi
Böyük
Britaniya İordan çayının qərb sahilində İsrail nəzarətindəki yaşayış
məntəqələrinin tikintisi ilə məşğul olan təşkilatlara qarşı sanksiyalar tətbiq
edib.
TodayPress xəbər verir ki, bu
barədə Britaniya höküməti məlumat yayıb.
Məlumatda
deyilir ki, “yeni sanksiyalar üç qeyri-qanuni yaşayış məntəqəsi və İordan
çayının qərb sahilindəki icmalara qarşı zorakılığı dəstəkləyən dörd təşkilatı
hədəf alır”.
Bildirilib
ki, sanksiyaya məruz qalanlar arasında “qeyri-qanuni məskunlaşma məntəqələrinin
tikintisi ilə məşğul olan və İordan çayının qərb sahilində Fələstin icmalarına
qarşı təhdidlər və zorakılıq hərəkətləri edən israilli mühacirlər üçün vəsait
və digər iqtisadi resurslar təmin edən” Böyük Britaniyanın Amana təşkilatı da
var.
tag: Britaniya, Sanksiya, Fələstin, İsrail, todaypress.az,