Britaniya Suriyaya qarşı sanksiyaları ləğv etdi
Böyük Britaniya Suriyanın bir sıra dövlət qurumlarını və media şirkətlərini sanksiyalar siyahısından çıxarıb.
TodayPress xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
Sanksiyalardan çıxarılan qurumlar arasında Suriya Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və bir neçə media şirkəti – "'ORTAS", "Sama TV", "Cham Press TV "və "Al Watan" var.
Artıq bu qurumların aktivlərinin dondurulması tədbirləri qüvvədə deyil.
Qeyd edək ki, Britaniya mart ayında Suriyanın bəzi banklarına, o cümlədən Mərkəzi Bankına qarşı sanksiyaları da ləğv edib.
Həmçinin 2011–2014-cü illərdə tətbiq olunan bəzi sanksiya maddələri də artıq siyahıdan çıxarılıb.
Türkan İsgəndərli
tag: Britaniya,Suriya,Sanksiya,Ləğv,Todaypress.az,