Britaniya səfiri İran XİN-ə çağırıldı
Dünya
25.07.2024 04:00
Böyük Britaniyanın Tehrandakı
səfiri Saymon Şerklif İran Xarici İşlər Nazirliyinə çağırılıb.
TodayPress xəbər
verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Saymon Şerklif Londonun
Amerika sanksiyalarından yayınmaqda ittiham olunan İran vətəndaşını ABŞ
hakimiyyət orqanlarına təhvil vermək qərarı ilə əlaqədar çağırılıb.
Nazirliyin Konsulluq İdarəsinin
baş direktoru İran vətəndaşının qanunsuz saxlanılması və ABŞ-ə ekstradisiyası
ilə əlaqədar İran İslam Respublikasına kəskin etirazını bildirib.
“XİN Tehran və Londonda
diplomatik kanallar vasitəsilə onun azad olunması üçün danışıqlar aparır və bu
istiqamətdə səylər davam etdirilir” məlumatda deyilir.
tag: Britaniya, Səfir, İran, XİN, todaypress.az,