Britaniya Rusiyaya qarşı sanksiyaları ləğv edir?
Dünya
10.09.2024 12:33
London Moskvaya qarşı sanksiyaların səmərəsizliyini müəyyən edərsə, onları ləğv edə bilər.
TodayPress xəbər verir ki, bu barədə “İzvestiya” Böyük Britaniyanın Rusiyadakı səfirliyinə istinadən məlumat yayıb.
Səfirlik qeyd edib ki, sanksiyalar bir sıra səbəblərə görə, ləğv edilə bilər. Bu hal, məsələn xarici siyasətdə məqsədinə nail olduqda və ya məhdudiyyətlərin artıq sərfəli olmadığını müəyyən etdikdə baş verir.
Lordlar Palatasının üzvü Riçard Endryu Balfın sözlərinə görə, London Moskva ilə dialoq əhval-ruhiyyəsində deyil və Ukraynadakı münaqişənin həlli ilə bağlı parlamentdə heç bir müzakirə aparılmayıb.
Töhfə Səməd
tag: London,Moskva, Böyük Britaniya, Riçard Endryu Balf, todaypress.az,