Britaniya partiyası hökuməti Ukraynaya dəstəyi dayandırmağa çağırdı
Dünya
21.11.2024 16:20
Britaniyanın sağçı "Heritage" (İrs) partiyası Ukrayna Silahlı Qüvvələrinin (AFU) İngiltərə-Fransa uzaqmənzilli “Storm Shadow” qanadlı raketlərindən istifadəsi fonunda hökuməti Kiyevə hərbi dəstəyi dayandırmağa çağırıb.
TodayPress xəbər verir ki, müvafiq məlumat partiyanın “X”dakı rəsmi səhifəsində dərc olunub.
“Biz Böyük Britaniya hökumətini dərhal Zelenski rejimini silah və pulla təmin etməyi dayandırmağa çağırırıq. Əvəzində Ukraynada sülhə nail olmaq, hərbi əməliyyatları azaltmaq üçün səy göstərməyi məqbul hesab edirik” deyə məlumatda qeyd edilib.
Günəş Mərd
tag: Britaniya, Ukrayna, Silahlı Qüvvələr, Zelenski, Sülh ,todaypress.az,