Britaniya ordusunun başçısı Qərbi müharibəyə hazırlaşmağa çağırdı
Dünya
23.07.2024 21:39
Beynəlxalq gərginliyin artması
fonunda Qərb ölkələri üç ildən sonra müharibəyə hazırlaşmalıdır.
TodayPress “The Guardian“a
istinadən xəbər verir ki, belə bir müraciətlə Böyük Britaniya Silahlı Qüvvələrinin
Quru Qoşunlarının Baş Qərargah rəisi, general Reli Uoker çıxış edib.
O qeyd edib ki, Britaniya və
onun müttəfiqləri bu müddətdən sonra müharibəyə hazır olmalıdırlar.
General bunu Çin Xalq Respublikasından Tayvana qarşı artan təhdidlər, eləcə də İranın nüvə potensialının inkişafı ilə izah edib. (apa.az)
tag: Böyük Britaniya, Ordu, Qərb,Müharibə, todaypress.az,