Britaniya ordusunda Ukrayna alayı yaradılacaq

Dünya

18.01.2025 09:50

Böyük Britaniya öz ordusunda Ukrayna alayı yaradacaq. 

TodayPress xəbər verir ki, bu barədə Britaniyanın məşhur köşə yazarı Henri Hill məlumat yayıb.   

“Öz silahlı qüvvələrimizdə Ukrayna vətəndaşlarından ibarət daimi könüllü birlik bizim hərbi ittifaqımızın ən bariz nümunəsi olardı” deyə o bildirib. 

Hillin sözlərinə görə, Britaniya ordusundakı Ukrayna alayı nəinki Britaniyaya Ukrayna ordusunun təlimi və təchiz edilməsinə qoyulan sərmayənin bir hissəsini geri qaytarmağa imkan verəcək, həm də Kiyevi yüksək standartlara uyğun hazırlanmış əlavə qoşun ehtiyatı ilə təmin edəcək. 

Köşə yazarı vurğulayıb ki, Britaniya çətin ki, belə bir alay yaratmaqdan imtina etsin. 

Xatırıadaq ki, yanvarın 16-da Ukrayna prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Kir Starmer iki dövlət arasında yüzillik tərəfdaşlıq haqqında saziş imzalayıblar.

Sənədin məqsədlərindən biri Kiyev və London arasında müdafiə sektorunda əməkdaşlığı inkişaf etdirməkdir. Üstəlik, saziş Böyük Britaniyadan Ukraynaya hərbi yardımın davam etdirilməsini də nəzərdə tutur. 

Günəş Mərd

tag: Britaniya,Ukrayna,Ordu,Alay,Todaypress.az,