Britaniya nümayəndəsi Zelenskiyə məsləhət verəcək
Böyük Britaniyanın Baş naziri Kir Starmerin təhlükəsizlik məsələləri üzrə müşaviri Conatan Pauell İstanbulda keçiriləcək Rusiya–Ukrayna danışıqları öncəsi Ukrayna prezidentinə tövsiyə vermək üçün Türkiyəyə yola düşür.
TodayPress xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Qəzetin mənbələrinə görə, Pauellin əsas məsləhəti Volodimir Zelenskiyə ABŞ prezidenti Donald Trampla münasibətləri gərginləşdirəcək addımlardan çəkinmək çağırışıdır. Məqalədə bildirilir ki, Britaniya administrasiyası danışıqlar prosesində Ukraynanın özünü necə aparmasının gələcək münasibətlərə ciddi təsir edəcəyini düşünür.
Eyni zamanda, nəşr qeyd edib ki, Avropanın digər ölkələrinin xarici işlər nazirləri danışıqlarda iştirak üçün rəsmi dəvət gözləsələr də, hələlik belə bir təmsilçilik gözlənilmir.
Qiymət Mahir
tag: Britaniya , Baş nazir,Kir Starmeri,İstanbul,todaypress.az,