Britaniya müdafiəni artırır
Britaniyanın müdafiə şirkəti "BAE Systems" artilleriya mərmiləri üçün öz partlayıcı maddələrini istehsal etməyə hazırlaşır.
TodayPress xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Bildirilib ki, şirkət ABŞ-dən alınan materiallardan imtina edəcək.
"BAE Systems" üç yeni zavod tikərək, "hexogen" adlı maddə əsasında partlayıcılar istehsal edəcək.
Bu maddə 155 mm-lik mərmilərdə istifadə olunur.
Şirkət iki il ərzində bu mərmilərin istehsalını 16 dəfə artırmaq niyyətindədir.
Türkan İsgəndərli
tag: Britaniya,Müdafiə,Artım,Ordu,Todaypress.az,