Britaniya Livandan 250 vətəndaşını təxliyə etdi
Dünya
05.10.2024 08:23
Böyük Britaniya hökuməti çarter reysləri ilə
Livandan 250 vətəndaşını təxliyə edib.
TodayPress-in Krallığın Xarici İşlər Nazirliyinin
mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sonuncu - dördüncü reysin
oktyabrın 6-da Beyrutdan uçması planlaşdırılır.
Xarici İşlər Nazirliyi ölkədə qalan britaniyalıları
təcili olaraq əlaqə saxlamağa və bazar günü uçuşdan yararlanmağa çağırıb.
"Tələb azaldığına görə əlavə uçuşlar həyata keçirmək planları yoxdur,
lakin biz vəziyyəti yaxından izləməyə davam edəcəyik" nazirlikdən
bildirilib.
tag: XİN, Britaniya, Livan, Təxliyyə, todaypress.az,