Britaniya İrana qarşı yeni sanksiya tətbiq etdi
Dünya
03.09.2024 00:20
Böyük Britaniya İrana
qarşı yeni sanksiya tətbiq edib.
TodayPress xəbər
verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun üç üzvünə sanksiyalar
tətbiq edilib.
SEPAH-Qüds qüvvələrinin
yüksək rütbəli bölmə komandiri Benham Şəhriyari, İranın kosmik agentliyinin
keçmiş rəhbəri və SEPAH Qüds qüvvələrinin bölmə komandiri Həmid Fazeli və SEPAH
generalı Əbdülfəttah Ənvazian sanksiya tətbiq olunan şəxslər arasında yer
alırlar.
Sanksiyalara
əsasən onların Britaniyaya səyahət etmələrinə qadağa qoyulur və maliyyə
aktivləri dondurulur.
tag: Iran, SEPAH, Sanksiya,Böyük Britaniya,todaypress.az,