Britaniya: İkinci Dünya müharibəsində əsas rolu ABŞ oynamayıb
Böyük Britaniyanın keçmiş parlament üzvü və İşçi Partiyasının lideri Corc Qallovey ABŞ prezidenti Donald Trampın İkinci Dünya müharibəsində Amerikanın roluna dair fikirlərini tənqid edib.
TodayPress xəbər verir ki, o, bu barədə öz “YouTube” kanalında danışıb.
Gallowayın sözlərinə görə, ABŞ-nin nasist Almaniyasına qarşı mübarizədəki töhfəsi qəhrəmanlıq və şərəf baxımından dəyərli olsa da, bu töhfə Sovet İttifaqının Qızıl Ordusunun müharibədəki rolundan daha böyük deyil.
“Əgər sovet əsgərləri olmasaydı, bu gün bizlər, Tramp da daxil olmaqla, ya konslagerlərdə olardıq, ya da yandırılmışdıq” deyə Qallovey bildirib. O, Trampı tarixi təhrif etməyə çalışmaqdan imtina etməyə çağırıb və vurğulayıb ki, Sovet İttifaqı olmasaydı, bu gün dünya alman dilində danışardı.
Qiymət Mahir
tag: Britaniya,İkinci Dünya müharibəsi,ABŞ ,Donald Tramp ,todaypress.az,