Britaniya hərbçilərinin Ukraynada peyda olması Qərbi narahat edir

Dünya

20.12.2024 10:24

Britaniyanın hərbi təlimatçıları Ukrayna hərbçilərinə təlim keçmək üçün bu ölkəyə gəlsələr, Rusiya Silahlı Qüvvələrinin hədəfinə çevriləcəklər. 

TodayPress xəbər verir ki, bu barədə “The Times” qəzeti Qərb rəsmilərinə istinadən yazır.

“Cəbhəyə nə qədər yaxın olarsa, təlim bir o qədər effektivdir. Lakin rusların Ukrayna daxilində Qərbin istənilən yardımını əngəlləyəcəyini nəzərə almaq lazımdır” deyə qəzetin mənbəsi bildirib.

Qəzetin yazdığına görə, bu məsələ 2023-cü ilin payızında Böyük Britaniya Quru Qoşunlarının Baş Qərargahının rəhbəri general Patrik Sandersin təlimatçıları göndərməkdə israrlı olduğu zaman gündəmə gəlib, lakin Müdafiə Qərargahının rəisi Antoni Radakin hadisələrin bu cür inkişafına qarşı çıxıb. O, sabiq müdafiə naziri Qrant Şappsı bu təşəbbüsü rədd etməyə çağırıb.

Böyük Britaniya Müdafiə Nazirliyinin hazırkı rəhbəri bəyan edib ki, Rusiyaya təzyiqlər əhəmiyyətli dərəcədə artırılmalıdır. O, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Ukraynada münaqişənin tezliklə dayandırılacağına şübhə etdiyini bildirib. Hili eyni zamanda danışıqlar aparmaq və mübarizəni davam etdirməyin mümkün olduğunu vurğulayıb.

Töhfə Səməd

tag: Britaniya, Qərb, Narahat, Ukrayna ,Hərbiçi, todaypress.az,