Britaniya Gürcüstanla danışıqları dayandırdı

Dünya

15.10.2024 10:55

Gürcüstan rəsmilərinin hərəkətləri səbəbindən Britaniya Tbilisi ilə “Wardrob” nazirlər dialoqunu dondurmaq və iki ölkənin müdafiə qərargahları arasında danışıqları ləğv etmək qərarına gəlib. 

TodayPress xəbər verir ki, bu barədə Böyük Britaniyanın Gürcüstandakı səfiri Qarret Uord məlumat verib. 

“Yuxarıda göstərilən səbəblərə görə (Gürcüstan hakimiyyətinin hərəkətləri) biz, Britaniya tərəfi, 10 ildə ilk dəfə olaraq, Nazirlər arasında illik “Wardrob” Yüksək Səviyyəli Dialoqunu dondurmaq qərarına gəldik. Dialoq formatının yaradılmasından sonra ilk dəfə olaraq, biz həmçinin müdafiə qərargahları arasında planlaşdırılan yüksək səviyyəli danışıqları ləğv etdik və yeni kibertəhlükəsizlik proqramını dayandırdıq” deyə Uord Gürcüstanın “İnterpressnews” xəbər agentliyinə müsahibəsində bildirib.

Töhfə Səməd

tag: Britaniya ,Gürcüstan, Qarret Uord ,Dialoq, Tbilisi ,todaypress.az,