Britaniya ABŞ-yə güzəştə getməyəcək
"Britaniya ABŞ prezidenti Donald Trampın administrasiyası ilə ticarət razılaşması bağlamağa tələsmir".
TodayPress xəbər verir ki, bunu Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz bildirib.
Onun sözlərinə görə, məqsəd milli maraqlara uyğun, ədalətli bir razılaşma əldə etməkdir.
Nazir vurğulayıb ki, danışıqlar davam edir, lakin Britaniya ərzaq təhlükəsizliyi və standartları ilə bağlı heç bir güzəştə getməyəcək.
ABŞ, xüsusilə kənd təsərrüfatı məhsullarına dair bəzi tələblərlə çıxış etsə də, Britaniya bu məsələdə öz mövqeyini dəyişmir.
Rivz həmçinin qeyd edib ki, London yalnız ABŞ ilə deyil, Avropa İttifaqı ilə də ticarət maneələrinin azaldılması istiqamətində addımlar atmağı planlaşdırır.
Türkan İsgəndərli
tag: Britaniya,ABŞ,Ticarət,Güzəşt,Todaypress.az,